Ukraynada döyüş meydanındakı qələbələrinə şübhə edirdilər?

Ukraynada döyüş meydanındakı qələbələrinə şübhə edirdilər?

Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, deputat Roman Kostenko Ukraynanın döyüş meydanında qələbəsini indiki vaxtda mümkünsüz adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

...Hazırda döyüş meydanında qələbə çox az ehtimal olunur. Bu müharibə illərlə davam edə bilər. Rusiyanın bunun üçün resursları var.

Bunu Kostenko bildirib. Onun fikrincə, heç bir silah bunu dəyişdirə və Ukraynanı sıçrayışla təmin edə bilməz.

Kostenko hesab edir ki, Kiyev silahların köməyi ilə yalnız “paritetə ​​nail ola bilər”. Bununla bağlı o qeyd edib ki, 2024-cü il üçün Ukrayna üçün real hədəflər yeni ərazi itkilərini minimuma endirməkdir.

Xatırladaq ki, iyun ayında Ukrayna əks-hücum əməliyyatına başlayıb. Lakin üç ay sonra Rusiya prezidenti Vladimir Putin bunun uğursuz olduğunu və Kiyevin silah baxımından böyük itkilər verdiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə