Pilotsuz təyyarənin hücumu nəticəsində 12 nəfər yaralanıb

Pilotsuz təyyarənin hücumu nəticəsində 12 nəfər yaralanıb

Donetskin Kirovski rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin mərmi atması nəticəsində 12 nəfər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “DXR” rəhbəri Denis Puşilin Telegram kanalında bildirib.

...Bu gün vilayət paytaxtının Kirov rayonuna PUA-dan sursatın atılması nəticəsində 12 nəfər yaralanıb.

Bunu yazan Puşilinin sözlərinə görə, yaralanan 12 nəfər arasında Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin beş xilasedicisi, “Donbas suyu” DXR Dövlət Unitar Müəssisəsinin üç əməkdaşı və daha biri Regional Enerji Təchizatı Şirkətinin əməkdaşı da var.

Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Qorlovkanın Mərkəzi Şəhər rayonunda yaşayış binasına ziyan dəyib. Donetskin Kirovski rayonunda mülki infrastruktur obyektinə də ziyan dəyib.

Bunlarəı da Puşilin yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə