İsrailin Qəzza işğalının xərci artır

Türkiye Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilə bağlı qələmə aldığı məqalə... SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İsrailin Qəzza işğalının xərci artır

İsrailin Qəzzadakı işğal cəhdi və qırğınları üçüncü ayına daxil olmasına az vaxt qalıb. Bu zamanda Qəzzada ciddi insan itkisi ilə yanaşı, regional dinamika və qlobal siyasətə də təsir etməkdə davam edir. İsrail və onun əsas dəstəkçisi ABŞ getdikcə təcrid olunarkən, Husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə İsrail limanlarına yük daşıyan gəmiləri hədəf almağa başlaması ilə müharibənin təsirləri daha çox hiss olunmağa başladı. Ukrayna cəbhəsində Rusiya qazanclarını artırmaq fürsətindən istifadə etdiyi bir vaxtda Qərb blokunun eyni vaxtda iki münaqişəyə dəstək verə biləcəyi ilə bağlı ciddi suallar yaranıb.

Bab əl-Mandeb və Qırmızı dəniz beynəlxalq nəqliyyatın demək olar ki, 11-12 faizi bu xətt vasitəsilə həyata keçirilir. Həmçinin neftin nəqli də bu xətt vasitəsilə həyata keçirilir. Xüsusilə, Avropa ilə Asiya arasında ən yaxın xətt buradadır və logistika infrastrukturu buna uyğun olaraq layihələndirilib. Ancaq İsrailin Qəzzada törətdiyi qırğınlara reaksiya olaraq Yəməndə yerləşən Husilər (Ənsərullah Hərəkatı) İsrailə müharibə elan edərək İsrail limanlarına gedən hər gəmini hədəf alacaqlarını açıqladı və bir-birinin ardınca iri gəmilərin hədəfə alındığını görməyə başladıq. Husilər vaxtaşırı bu gəmiləri kamikadze dronlarla və idarə olunan raketlərlə vursalar da, bəzən birbaşa hücum edərək onları ələ keçirdilər. Dünyanın ən böyük logistika şirkətləri bu xəttdən istifadə etməyəcəklərini açıqladılar. Alternativ marşrut kimi Ümid burnunun ətrafını dolanmaq mümkündür, lakin bu, müvafiq daşımaların ən azı 2 həftə gecikdirir və xərclərin ciddi artımına səbəb olur. Bu, İsrail üçün ciddi təhlükə olmaqla yanaşı, həm də qlobal ticarət və Avropanın təchizat təhlükəsizliyi üçün təhlükəyə çevrildi. ABŞ İspaniya, İngiltərə və Bəhreyn kimi ölkələrin daxil olduğu bir işçi qrupu yaratmaqla bu təhlükəni minimuma endirmək istəyir, lakin husilərin lideri Əbdülməlik əl-Husinin də açıqlamalarına əks etdirdiyi şəkildə hüsilərin və əlbəttə onun əsas dəktəkçisi olan İranın bu çərçivədə geri addım atmaq niyyəti yox kimidir. Mümkün hava əməliyyatlarının husilərin qarşısını alması mümkün görünmür.

Bunlar Qırmızı dənizdə baş verərkən, Ukrayna cəbhə xəttində də mühüm hadisələr var. Rusiya gündən-günə əlini gücləndirərkən, deyəsən, Ukrayna Qərbdən vəd etdiyi yardıma çata bilmir. ABŞ Konqresi yeni yardım göstərməkdən çəkinir. İsrail hərbi, siyasi, iqtisadi cəhətdən dəstəkləndiyi halda, Qərb ölkələrinin Ukraynaya yardım etmək imkanları onun sərhədlərini aşır. Mövcud vəziyyət dayanıqlı görünmür. Bu kontekstdə həm İsrail-Qəzza xəttində, həm də Ukrayna-Rusiya xəttində atəşkəs müzakirələri də güclənəcək.

Ancaq xüsusilə Netanyahudan gələn siqnallar onların daimi atəşkəsə razılaşacağına çox da ümid vermir. Burada İsrailin təcrid olunması və ABŞ-ın İsrailə təzyiqi qismən nəticə verə bilər, lakin Qəzzada qırğınların bir müddət davam edəcəyini proqnozlaşdırmaq olar. Ukraynanın isə Rusiya ilə mövcud hərbi sahə reallığı əsasında masaya oturdulması bir variant kimi görünür. Lakin bunda Zelenski administrasiyasının bu kontekstdə tətbiqləri qəbul edib-etməyəcəyi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə