...Keçən həftə səfərimiz zamanı misilsiz Boğaziçi mənzərəsi olan məkanlardan biri olan Anadolu hasarını gəzdik. Bu gün İstanbulun yaşıl səmti Beykozdayıq. Beykoz bağları və bağçaları ilə şəhərin səs-küyündən uzaqlaşa biləcəyiniz dənizkənarı bir rayondur. Vaxt itirmədən İstanbulun Anadolu hissəsi Beykozu gəzməyə başlayaq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Beykoz səfərimizə Küçüksu qəsrindən başlayacağıq. Küçüksu qəsri Boğaziçi sahillərində yerləşən çox gözəl bir tikilidir. Amma əvvəlcə sizə qəsrlər barəsində danışacağıq. Qəsrlər sultanlarının dincəlmək üçün istifadə etdikləri saraylardan kiçik, malikanələrdən böyük tikililərdir.
Küçüksu qəsri Küçüksu və Göksu çayları arasında yerləşir. Muzey-saray kimi ziyarətçilərin istifadəsinə verilən “Qəsr” dəniz sahilində iki mərtəbəli taxtadan ov qəsri kimi tikilib. Bina ənənəvi türk ev plan tərzini əks etdirir, lakin sultanın burada qalmasına icazə verilmədiyi üçün yataq otağı yoxdur. Sultan buradan ancaq ovdan sonra dincəlmək üçün istifadə edirdi. Türk memarlıq tarixində mühüm yer tutan bu üçmərtəbəli qəsrin tikintisində tamamilə taxta materiallardan istifadə olunub.
Qəsrin göz oxşayan memarlığı təkcə onun xarici görünüşü ilə məhdudlaşmır. İçərisi daha da təsir edicidir. Çünki hər bir detalı ilə insanları təəccübləndirir. Qəsr Avropadan sifariş edilmiş mebellərlə təchiz olunub və fikir verəcəyiniz kimi otaqlarda qiymətli sənət əsərləri var. Bu miniatür qəsr büllur çilçıraqları, xalçaları və taxta oyma işləri ilə ziyarətçiləri özünə valeh edir!
Küçüksu qəsrində çoxlu kaminlər var. Fərqli dizaynlı və müxtəlif rənglərdə italyan mərmərindən hazırlanmış kaminlər qəsrin ən maraqlı elementlərindəndir. Küçüksu qəsrinin digər diqqətçəkən xüsusiyyəti tavanlardakı gips qabartmaları və bəzəkləridir. Başınızı yuxarı qaldırıb baxanda bunları görürsünüz.Binanın hər küncü gözəldir, amma çöldə deyəcəklərim də var. Buyurun birlikdə bağçaya enək və sizə Küçüksu qəsrinin başqa bir xüsusiyyətini göstərim. Qəsr Osmanlı saraylarında olduğu kimi hündür divarlarla əhatə olunmayıb. Tikinti yalnız gördüyünüz bu zərif dəmir barmaqlıqlarla qorunur. O dövrdə nəqliyyat dəniz yolu ilə həyata keçirildiyi üçün Küçüksu qəsri də limana malikdir.
Qəsrin düz yanında köhnə Boğaz rəsmlərində ən çox təsvir olunan Mihrişah Sultan fəvvarəsi var. Bu gözəl su tikilisi hazırda da öz möhtəşəmliyini qoruyub saxlayır.
Küçüksu qəsrinin yerləşdiyi Göksu və Küçüksu çayları arasındakı çəmənliklər Osmanlı dövründə piknik üçün seçilirdi. Qərb mənbələrində bu iki dərənin arası “Asiyanın şirin suları” adlanır. İngilis yazıçı və səyyah Julia Pardoe 1800-cü illərin əvvəllərində ziyarət etdiyi İstanbulla bağlı xatirələrini və səyahət qeydlərini "Boğazın gözəllikləri" kitabında dərc edib. Göksudan çox təsirlənən müəllif sətirlərində bölgəni belə təsvir edir: “Vadinin özü çox gözəldir; Ot, şəhərin heç bir yerində olmadığı kimi parlaq və boldur. Yay tətili olan cümə günlərində bütün təbəqələrdən olan insanlar axan çaydan, çiçəklərdən, yarpaqlardan, günəşdən böyük zövq alırlar”.
Osmanlı dövründə bu bölgədə gündüzlər gəzintilər təşkil edilirdi, gecələr isə Göksu və Küçüksu dərələrində nəfis qayıqlara minir, mahnılar oxuyar, ay işığını seyr edərdilər. Hazırda qayıqla gəzmək mümkün deyil, lakin çəmənliklər abadlaşdırılaraq yenidən əhalinin istifadəsinə verilib.
Bu gün biz incəsənətlə memarlığın qovuşduğu, insanları əsrlərə aparan və İstanbulun bir vaxtlar necə möhtəşəm bir yer olduğunu göstərən Küçüksu qəsrində olduq. Bir dövrün vazkeçilməz əyləncə və istirahət məkanı olan Göksu çəmənliklərini də gördük.
Günün qalan hissəsini bu gün gəzdiyimiz bu gözəl yaşıl ərazidə keçirə bilərsiniz...
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



