Finlandiya Rusiya ilə Qərb arasında yeni soyuq müharibə elan etdi
Qərb ölkələri Rusiya ilə yeni soyuq müharibəyə girdilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Finlandiyanın müdafiə naziri Antti Hyakkänenə istinadən “Politico” yayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının bu münaqişəni hələ uzun illər davam etdirmək imkanı var. O hesab edir ki, çoxları Qərbin və Ukraynanın qələbəsini həddən artıq qiymətləndirir.
Hyakkänen əmindir ki, Qərb ölkələri Kiyevi daha da dəstəkləmək və Moskvaya müqavimət göstərmək üçün hərbi istehsalın artması səbəbindən Rusiya Federasiyası ilə “yeni soyuq müharibəyə” giriblər.
Əvvəllər Vladimir Putin bəyan etmişdi ki, Qərb dövlətləri Rusiyanı parçalamaq, onu özünə tabe etdirmək və resurslarından istifadə etməklə məhv etmək istəyir.
O əlavə edib ki, Qərb Sovet İttifaqının dağılmasından sonra bu məqsədlərə nail olmağa çalışıb.
Rusiya liderinin sözlərinə görə, Qərbə Rusiya kimi böyük dövlət lazım deyildi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB