Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi xəbər verir ki, artıq hərbi komissarlığa çağırış vərəqəsinə gəlməkdən yayınan rusiyalılar bundan sonra sürücülük vəsiqəsi imtahanına buraxılmayacaq və sürücülük vəsiqəsi ala bilməyəcək,..deməli maşın da sürə bilməyəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, gələn ilin aprelindən sürücülük vəsiqəsi imtahanının yeni qaydaları qüvvəyə minəcək.
“Hərbi xidmət haqqında” qanuna qəbul edilmiş dəyişikliyə əsasən, indi hərbi komissarlığa çağırış elektron reyestrə daxil edildikdən 7 gün sonra avtomatik olaraq verilmiş hesab ediləcək.
Bu şəkildə çağırış vərəqəsi alan şəxs 20 gün müddətində hərbi komissarlığa gəlməlidir. Gəlmədikdə ölkədən çıxışa, avtomobil sürməyə, daşınmaz əmlakın qeydiyyatına, fərdi sahibkarlıq yaradılmasına və kreditlərin alınmasına qadağa qoyulur.
...Day denən yıxıl öl də...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB