Putin dekabrın sonunda MDB ölkələrindən olan həmkarlarını gözləyir
Putin dekabrın sonunda Sankt-Peterburqda qeyri-rəsmi görüşdə MDB ölkələrindən olan həmkarlarını gözləyir. “Delovoy Peterburq” nəşri yazır ki, MDB dövlət başçılarının bu il ənənəvi qeyri-rəsmi sammiti dekabrın 26-da keçiriləcək.
Rusiya rəhbəri MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində sammiti xatırladıb.
SİA-nın əldə etdiyi məlumata görə, Putin onu da xatırladıb ki, yanvarın 1-dən MDB-yə sədrlik Rusiyaya keçir.
...Rus dilinin qorunması” məsələsinə xüsusi diqqət yetiriləcək. MDB-nin baş katibi Sergey Lebedev daha əvvəl demişdi ki, Putin həmkarlarını Sankt-Peterburq sammitinə “qeyri-rəsmi şəraitdə ünsiyyət qurmaq, cari məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün dəvət edib.
Ötən il dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti baş tutmuşdu. Burada Rusiya Federasiyası, Belarus, Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Ermənistanın rəhbərləri iştirak ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB