Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Qəzzada xəstəxanaların birbaşa hədəf almasını, təhdid və mühasirəyə almasını yaxından izlədiklərini bildirib.
BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, İsrailin Qəzzadakı xəstəxanaları birbaşa hədəf alması hərbi cinayətdir.
SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin böhran başlayandan bəri bu məsələyə toxunduğunu və öz brifinqlərində qeyd etdiyini bildirən Dujarrik deyib: "Məsələyə ciddi diqqət yetiririk. Biz xəstəxanaların qorunmalı olduğunu, qarşıdurmada istifadə edilməyəcəyini, hədəf alınmaması və qarşıdurma vasitəsi kimi istifadə edilməməsi lazım olduğunu bildiririk. Bunun üzərində dayanmağa davam edəcəyik''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB