Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinə iki ölkənin sarsılmaz birliyə sahib olduğunu söyləyib.
Nikola Maduro rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: “Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı apardıq”.
Söhbət zamanı Rusiya-Venesuela ikitərəfli əlaqələri çərçivəsində geniş əməkdaşlıq və müxtəlif mövzuları müzakirə etdiklərini qeyd edən Nikolas Maduro deyib: “Biz qardaş xalqlarıq və sarsılmaz birliyə sahibik”.
SİA-nın əldə etdiyi məlumata görə, Nikolas Maduro həmçinin daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə çəkdirdiyi şəkli də paylaşıb.
Venesuela Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanatda iki ölkənin strateji əlaqələrinin əhəmiyyəti vurğulanıb. Bəyanatda həmçinin bu ifadələrə yer verilib: "İki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi müzakirə edilib''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB