Artıq beşinci aydır ki, maaş ala bilmirlər...

Artıq beşinci aydır ki, maaş ala bilmirlər...

Türkmənistanın Xəzər Balkan vilayətində gəmiqayıranlar, böyük balıq konservi müəssisəsinin və eləcə də nəqliyyat işçiləri 5 aydır ki, maaş almırlar.

Gəmi təmiri zavodunda, “Xəzər Balıq” müəssisəsində və Türkmənbaşı şəhərinin avtoparkında əmək haqlarında gecikmələr müşahidə olunur.

Təxminən 150 nəfərin çalışdığı Balkan gəmi təmiri müəssisəsinin işçiləri bütün öhdəlikləri yerinə yetirmələrinə baxmayaraq, 5 aya yaxındır ki, onlara maaş verilmədiyini bildiriblər.

Bu arada “Xəzər Balıq” balıq konservi müəssisəsinin işçiləri də maaşsız qalıblar. Onların sözlərinə görə, son 4 ayda onlara maaş verilməyib. Son iki ildə bu müəssisə nərə balığı yetişdirmə sexlərində istehsalı azaldıb, iş yerlərini ixtisar edilib.

İşçilərinin bildirdiyinə görə, hazırda şırnaq konserv sexlərində istehsal davam edir. Əvvəlki illərdə “Xəzər Balıq” müəssisəsində 500-dən çox işçi çalışsa da, hazırda iş yerlərinin yarıdan az hissəsi qorunub saxlanılıb.

Türkmənbaşıdakı nəqliyyat müəssisələrindən biri də təxminən avqust ayından maaş almır.

“Taksi sürücüləri, mexaniklər və avtobus sürücüləri dörd aydır maaş almadan işləyirlər”, - deyə nəqliyyat işçilərindən biri bildirib.

Fəhlələr heç olmasa Yeni il bayramına qədər maaşlarının veriləcəyinə ümid edirlər.

Qeyd edək ki, dekabrın 18-də hökumətin iclasında dövlət qurumlarında və müəssisələrdə maaşların vaxtında ödənilməsi məsələsini prezident Serdar Berdiməhəmmədov qaldırıb.

Bundan əlavə, dövlət başçısı vilayətlərin hakimlərinə Yeni il bayramı şənliklərinin yüksək təşkilatçılıq səviyyəsində keçirilməsini, pərakəndə satış məntəqələrində sərfəli qiymətə ərzaq məhsullarının bolluğunu və əmək haqlarının vaxtında ödənilməsini təmin etməyi tapşırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə