Hollandiya Ukraynaya 18 "F-16" qırıcısını təhvil verməyə hazırlayır
Hollandiya hökuməti 18 “F-16” qırıcısını Ukraynaya təhvil verməyə hazırlayır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Baş nazir Mark Rutte bu barədə X sosial şəbəkəsində bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenski hökumətini telefon danışığında qərar barədə məlumatlandırıb. Rutte “F-16”-nın təhvil verilməsini Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya hərbi dəstək haqqında sazişlərin ən vacib hissələrindən biri adlandırıb.
Bununla belə, Rutte qeyd edib ki, əvvəlcə ixrac icazələri yekunlaşdırılmalı və bir sıra digər meyarlar, o cümlədən kadr hazırlığı və infrastruktur sahələrində də yerinə yetirilməlidir.
Baş nazir, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi uğurlardan heyran qaldığını bildirib və əmin edib ki, Hollandiya Avropa Şurasının fevralda keçiriləcək iclasında Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı yeni sazişlərin qəbulu üçün əlindən gələni edəcək.
Xatırladaq ki, cümə günü Hollandiya 2024-cü il üçün Ukraynaya 102 milyon avro dəyərində olan ilk dəstək paketi haqqında razılığa gəlib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB