Türkiyədə 304 terror təşkilatı şübhəlisi ələ keçirilib

Türkiyədə 304 terror təşkilatı şübhəlisi ələ keçirilib

Türkiyədə terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyat zamanı şübhəli olaraq bilinən 304 nəfər saxlanılıb.
32 vilayətdə DEAŞ-a qarşı eyni vaxtda “Qəhrəmanlar-34” adlı əməliyyat həyata keçirilib.
Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı DEAŞ tərkibində fəaliyyət göstərən 304 nəfər saxlanılıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri Əli Yerlikaya rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
Əli Yerlikaya deyib: "Təhlükəsizlik qüvvələrimizin göstəlirdiyi səylər ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm''.

Bütün xəbərlər Facebook səhifəmizdə