Tokayev Putini xilas etməkdən imtina edib..?

Tokayev Putini xilas etməkdən imtina edib..?

O vaxt... “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyanı Moskvada hakimiyyətin zorla ələ keçirilməsi zamanı Kremlin arxalandığı ehtiyat planını və müttəfiqlərini ortaya qoydu. Rusiya prezidenti Vladimir Putin Kremldə “gizlənərkən” Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vəziyyəti nəzarətə götürüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Wall Street” yazır.

Deyilənlərə görə, Patruşev çoxlu telefon zəngləri edib və MDB ölkələrində dəstək eləcə də vasitəçilər axtarmağa çalışıb. Belə ki, o, Qazaxıstan və Belarus hökumətlərinə zənglər edib.

Patruşevin Qazaxıstana çağırışı Priqojinin işğalı zamanı ən pis ssenaridən sığorta idi. 2022-ci ilin əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar zamanı Rusiya Astananı dəstəklədiyi üçün Patruşev köməyə ümid edirdi.

Amma Patruşevin ümidləri doğrulmayıb. Yəni danışıqlarda iştirakdan imtina edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, münaqişədən uzaqlaşıb.

P.S: ...TASS xəbər verir ki, Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Berik Uali bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin üsyanı zamanı Qazaxıstan hakimiyyəti ilə əlaqə saxlamayıb.

Onun sözlərinə görə, Amerikanın “The Wall Street Journal” qəzetində Patruşevin Priqojin üsyanı zamanı guya Astanaya zəng vurması barədə dərc olunan məlumat həqiqətə uyğun deyil. Bu nəşrdəki materialda həmçinin iddia edilir ki, Priqojinlə təyyarə qəzasını guya Təhlükəsizlik Şurasının katibi təşkil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə