...İsrail ordusunun Qəzzadakı əməliyyatı üçüncü qüvvələr tərəfindən dayandırılmalıdır
Abbas Putinə deyib ki,..

Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilindəki təcavüzünü dayandırmaq üçün üçüncü tərəfin müdaxiləsinə ehtiyac olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Siyasətçi bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Abbas deyib ki, beynəlxalq ictimaiyyət İsrailin islam və xristianların müqəddəs yerlərinə hücumlarını, etnik təmizləməni və digər cinayətləri dayandırmalıdır.

Xatılrladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın demilitarizasiyasında beynəlxalq iştirakdan imtina etmişdi.

...Yeri gəlmişkən, bir müddət əvvəl amerikalı politoloq Mirşaymer, Baydenin İsrail lobbisinin yolunu keçməkdən qorxduğunu demişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə