Belarus həlak olan azərbaycanlı polislərin övladları üçün Minskə səfər təşkil edib
Belarus Daxili İşlər Nazirliyi (DİN) vəzifə borclarını yerinə yetirərkən həlak olan azərbaycanlı polis əməkdaşlarının övladları üçün Minskə səfər təşkil edib. SİA bu barədə quruma istinadən xəbər verir.
Əvvəlcə maarifləndirici ekskursiya təşkil olunub. Uşaqlar Minsk və Belarusun tarixi şəxsiyyətləri barədə maraqlı faktlar əldə ediblər.
Daxili işlər naziri İvan Kubrakov polis əməkdaşlarının övladları ilə görüşüb.
Gənc qonaqları salamlayan nazir DİN əməkdaşlarının Belarusun bütün qonaqpərvərliyini və çoxsaylı görməli yerlərini göstərməyə çalışdıqlarını və onlar üçün zəngin proqram hazırladıqlarını qeyd edib: "Azərbaycan qəhrəmanlarının övladlarının respublikamıza səfərindən qəlbən məmnunam. Uşaqlar, siz də bizim övladlarımızsınız. İki ölkənin idarələri əməkdaşlara və onların ailə üzvlərinə dəyər verir, bilirlər ki, asayiş keşikçiləri yaxınlarının dəstəyi sayəsində ləyaqətlə xidmət edirlər”.
O, uşaqlara təhsillərində uğurlar, dost ölkədən olan həmkarlarına isə Vətənə sağ-salamat qayıtmalarını arzulayıb. Nazir bu cür qarşılıqlı səfərlərin praktikaya çevriləcəyinə əminliyini ifadə edib.
Görüş konsert proqramları və azərbaycanlı uşaqlara xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB