Ruslar İran “Şaxed”lər ilə Kiyevə hücum etdilər. Onlardan biri birbaşa Solomyanski rayonunda çoxmərtəbəli yaşayış binasına çırpılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri şəhərin meri Vitali Kliçko verib.
Dron evin üst mərtəbəsinə düşüb. Bundan sonra güclü yanğın başlayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gediblər.
Sonradan məlum olub ki, hücum nəticəsində azı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənin vəziyyəti barədə hələlik məlumat verilmir. Daha bir zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib.
İnternetdə yayılan fotolardan məlum olur ki, partlayış dalğası nəticəsində evdəki pəncərələr sınıb, mənzillərdə dağıntılar olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, pilotsuz təyyarənin hücumu nəticəsində binanın 26-cı mərtəbəsi dağıntılar altında qalıb. Bir çox mənzillərin pəncərələri sınıb, binanın fasadı zədələnib.
İnternetdə bildirilir ki, ilkin məlumatlara görə, kamikadze ukraynalı telemarafonun aparıcısı Andrey Kovalskinin mənzilinə uçub. Qeyd edək ki, o, möcüzəvi şəkildə sağ qalıb.
Qeyd edək ki, dronun çoxmərtəbəli binaya çırpılma anını əks etdirən video yayılıb.
Xilasedicilərin verdiyi məlumata görə, binada 24-26-cı mərtəbələrdəki mənzillərin divarları qismən dağılıb. Daha üç mənzilin pəncərələri sındırılıb.
Kliçko qeyd edib ki, pilotsuz təyyarənin dağıntıları Kiyevin Darnitski rayonuna da düşüb. Orada tikintisi başa çatmamış fərdi yaşayış evi yanıb. Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB