...Dünən Almaniyada 240 il (1783-cü ildən) fasilələrlə Leypsiqdə fəaliyyət göstərən ən qədim rus konsulluğunun rəsmi bağlanış mərasimi keçirilib. Rusiya himninin səsləndirilməsi zamanı Rusiya bayrağı təntənəli şəkildə endirilib, binaların girişində lövhə götürülüb.
...Almaniya bu ilin sonuna qədər dörd Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. SİA-nın əldə etdiyi məlumata görə, bunu bildirən Rusiya səfiri Sergey Neçayev, “Almaniya hakimiyyətinin bu cür hərəkətlərini dostluq adlandırmaq olmaz”-deyə əlavə edib: “Addım görünməmiş addımdır və bunu dost adlandırmaq olmaz. Bu bizim seçimimiz deyil”.
Qeyd edək ki, 1783-cü il martın 30-da İmperator II Yekaterinanın fərmanı ilə açılan Rusiyanın Leypsiqdəki konsulluğu Saksoniyada ilk belə xarici konsulluq olub.
Onun fəaliyyətinin ən mühüm istiqaməti, demək olar ki, ilk gündən Rusiya ilə Saksoniya, sonra isə Almaniya ilə ticarət və elmi əlaqələrin inkişafına kömək etmək idi.
Xatırladaq ki, 2023-cü il mayın 31-də Berlin Moskvaya Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün ilin sonuna qədər fəaliyyətini dayandırmasının zəruriliyini bildirən bildiriş göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB