Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Rusiya ilə sərhədinin olmasını istəmədiyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Maqyar Nemzet” qəzeti sitat gətirib.
Beləliklə, Macarıstanın diqqətinin yalnız özünə yönəldiyini deyən Orban, “...Macarıstanın başqa ölkənin gələcəyinə baxışı yoxdur, o, yalnız özünə diqqət yetirir və yalnız bir düşüncə ilə xaricə baxır: ən başlıcası Rusiyanın Macarıstanla sərhədinin olmamasıdır”, - deyə əlavə edib.
Onun sözlərinə görə, Budapeşt Rusiya ilə Macarıstan arasında həmişə başqa dövlətin nəzarətində olan ərazinin olmasını təmin etməkdə maraqlıdır.
Qeyd edək ki, Macarıstan hələ də Ukraynaya hərbi yardımın qarşısını almağa çalışır və onun Avropa İttifaqına daxil olmasına qarşı çıxır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB