ABŞ-ın keçmiş prezidenti Donald Tramp onu üsyançı adlandıran hazırkı Amerika prezidenti Cozef Baydenin ittihamlarına cavab verib.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə fikirlərini “Truth” sosial şəbəkəsində bildirib.
Bundan əvvəl Bayden Trampı üsyançı adlandıraraq bunun aşkar faktlar olduğunu vurğulamışdı. ABŞ prezidenti keçmiş rəhbərin 2021-ci il yanvarın 6-da Konqresə hücuma görə məsuliyyət daşıdığını demişdi.
...Mən qiyamçı deyiləm, amma Bayden korrupsionerdir.
Bunu isə, bu gün Tramp Baydenə cavab olaraq qaytarıb.
Bundan əvvəl məlum olmuşdu ki, Kolorado ştatının Ali Məhkəməsi Amerika Konstitusiyasına 14-cü düzəlişi əsas gətirərək eks-prezidentə 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədinin müəyyənləşdirilməsi çərçivəsində yerli praymerizlərdə iştirakını qadağan edib.
Yeri gəlmişkən, Tramp qərara etiraz etmək niyyətində olduğunu açıqlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB