Netanyahu HƏMAS-ı “təslim ol, ya öl”ə dəvət etdi...

Netanyahu HƏMAS-ı “təslim ol, ya öl”ə dəvət etdi...

İsrailin baş naziri Benyamin Netanyahu, mediada atəşkəs müqabilində Qəzza zolağından girovların azad edilməsinə dair mümkün razılaşma ilə bağlı müzakirələr zamanı bildirib ki, Israi ordusu Fələstin hərəkatını “təslim olun, ya da ölməyə” dəvət edərək, HƏMAS ilə müharibəni qələbəyə qədər davam etdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti yayımlayıb.

Netanyahu xalqa müraciətində, İsrailin “qələbəyə qədər mübarizə aparacağını” və “bütün məqsədlərinə çatana qədər” müharibəni dayandırmayacağını bildirib.

HƏMAS-a təklif etdiyim seçim çox sadədir - ya təslim ol, ya da öl. Onların başqa seçimləri olmayacaq...

Netanyahu bildirib ki, HƏMAS məhv edildikdən sonra o, Qəzzanın İsrail üçün daha heç bir təhlükə yaratmaması üçün bütün gücü ilə çalışacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə