''Efiopiyada 20 milyondan çox insanın humanitar yardıma ehtiyacı var''

''Efiopiyada 20 milyondan çox insanın humanitar yardıma ehtiyacı var''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyada 20 milyondan çox insanın quraqlıq, daşqın və qarşıdurmalar səbəbindən humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) hesabatına görə, ölkə üzrə 4,5 milyon insan təbii fəlakətlər və münaqişələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, təxminən 120 milyon əhalisi olan ölkədə 20 milyon insanın humanitar yardıma ehtiyacı olduğu, son 3 ayda yaşanan sel və torpaq şürüşmələrinin 1,5 milyon insana mənfi təsir etdiyi bildirilib.
Ölkənin Amhara, Tiqray və Afar əyalətlərində 5 milyon insan quraqlığa bənzər vəziyyət yaşanır.
BMT bölgəyə lazımi yardımın çatdırılması üçün 4 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə