Kreml Putinin Maduro ilə söhbətinin təfərrüatlarını açıqlayıb

Kreml Putinin Maduro ilə söhbətinin təfərrüatlarını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbətin əsas mövzuları iki ölkə arasında enerji, ticarət, investisiya və mədəni-humanitar sahədə əməkdaşlığın aktual məsələləri olub.

Putin Maduronu əmin edib ki, Moskva Karakasın milli iqtisadiyyatı və suverenliyini gücləndirmək səylərini dəstəkləməyə davam edəcək.

...Beynəlxalq gündəliyə dair fikir mübadiləsi zamanı ədalətli çoxqütblü dünya nizamının formalaşmasına yanaşmaların ümumiliyi, qeyri-qanuni sanksiyaların və dövlətlərin daxili işlərinə müdaxilənin rədd edilməsi vurğulanıb.

Bunu Kremldən bəyan ediblər.

Qeyd edək ki, danışıqlar çərçivəsində Maduro Essequibo regionu ətrafında vəziyyətlə bağlı Qayana prezidenti ilə söhbəti barədə Putinə məlumat verib. Rusiya Federasiyasının rəhbəri bu ərazi mübahisəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə