Şimali Koreya təxribatlara nüvə zərbəsi ilə cavab verməyə hazırdır...

Şimali Koreya təxribatlara nüvə zərbəsi ilə cavab verməyə hazırdır...

Şimali Koreya digər ölkələrin təxribatı olacağı təqdirdə dərhal nüvə zərbəsi ilə cavab verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir ki, bunu respublika lideri Kim Çen In deyib.

Məlumdur ki, KXDR rəhbəri dekabrın 20-də “Xvason-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimlərdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

...Həlledici hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirdi, buna görə KXDR hətta düşmən nüvə silahı ilə təxribat törətsə belə, nüvə hücumuna başlamaqdan çəkinməyəcək.

Bunu Kim Çen In bildirib.

Onun fikrincə, əsl müdafiə qabiliyyəti “istənilən yerdə düşmənə qabaqcadan hücum etmək və ona qorxu hissi yaşatmaq” bacarığındadır.

Xatırladaq ki, dekabrın 18-nə keçən gecə KXDR 2023-cü ilin əvvəlindən üçüncü dəfə bərk yanacaqla işləyən “Xvason-18” ICBM-ni sınaqdan keçirib. Qeyd edilib ki, o, Yapon dənizinə düşməzdən əvvəl min kilometr uçub, maksimal hündürlüyü altı min metri keçib. Beləliklə, Yaponiyada raketin ABŞ-ın istənilən nöqtəsinə çata biləcəyinə inanırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə