Praqanın mərkəzində atışma olub

Praqanın mərkəzində atışma olub

Praqada naməlum şəxs Praqanın Yan Palaç meydanına atəş açıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Çexiya polisinin mətbuat xidmətinə istinadən yazır.

İlkin məlumata görə, polis bir neçə nəfərin öldüyünü qeyd edir.

Bundan əlavə, yaralılar da var.

Yerli mətbuatın məlumatına görə, hücum edən şəxs Çarlz Universitetinin İncəsənət fakültəsinin damında olub.

O, teleskopik nişangahı olan uzun lüləli silahdan istifadə edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, bütün Jan Palaç meydanı və ətrafı tamamilə bloklanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə