Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

İraqın yerləşən Qara, Hakurk və Qəndil bölgələrində separatçı terror təşkilatı PKK-nın istifadə etdiyi 14 hədəf vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin sosial media hesabından İraqın şimalında həyata keçirilən hava əməliyyatları ilə bağlı açıqlama verilib.

"İraqın şimalında yerləşən Qara, Hakurk və Qəndil bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 14 hədəf Hərbi Hava Qüvvələrimiz tərəfindən güclü şəkildə vuruldu" mesajı ilə paylaşılan açıqlamada hava əməliyyatları terror təşkilatı tərəfindən istifadə edilən və içində qondarma yüksək səviyyəli terrorçunun da olduğu qəbul edilən mağara, sığınacaq və anbarların da olduğu 14 hədəfin məhv edildiyi bildirilib.

Açıqlamada əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək çoxlu terrorçunun zərərsizləşdirildiyi qeyd edilib.

Açıqlamada terrorla mübarizənin bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyət və əzmlə davam etdiriləcəyi vurğulanıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son bir həftədə ölkədaxili və sərhədyanı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 45 terrorçu zərərsizləşdirilib və bununla da il ərzində zərərsizləşdirilən terrorçu sayı 2120-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə