Almaniyada enerji istehlakı ən aşağı səviyyəyə gerilədi

Almaniyada enerji istehlakı ən aşağı səviyyəyə gerilədi

Almaniyada enerji istehlakı 2023-cü ildə 1990-cı ildə Şərqi Almaniya ilə yenidən birləşmədən sonra ən aşağı səviyyəyə çatıb.

Almaniya Enerji Balansları üzrə İşçi Qrupu (AG Energiebilnazen) son proqnozuna görə, 7,9 faiz azalmanın 10,791 Petajoule (=2998 Teravatt saat) olması gözlənilir.

Dekabrın 19-da Berlində adıçəkilən qrupun verdiyi məlumata görə, Almaniyada ilkin enerji istehlakı 1990-cı ildəki pik səviyyənin dörddə birindən azdır.

SİA-nın əldə etdiyi məlumata görə, mütəxəssislər noyabrın əvvəlində bu böyüklükdə enerji istehlakını proqnozlaşdırmışdı.

Almaniya Federal Şəbəkə Agentliyinin bildirdiyinə əsasən, 2022-ci ildə Almaniyada 484 Teravatt saat elektrik enerjisi və 847 Teravatt saat təbii qaz istehlak edilib. Bir teravatt saat bir milyard kilovatsaata bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə