Almaniyada yeni vətəndaşlıq qanunu

Almaniyada yeni vətəndaşlıq qanunu

Almaniyada üçtərəfli koalisiya hökuməti yeni vətəndaşlıq qanun layihəsi barədə razılıq əldə edib.

SİA-nın əldə etdiyi məlumata görə, qanun layihəsi qanun kimi qəbul edilsə ölkədə yaşayan türklərin ikili vətəndaşlığı mümkün olacaq.

Buna görə, Almaniya vətəndaşlığını əldə etmək istəyənlər üçün 8 illik məcburi yaşayış müddəti 5 ilə endiriləcək.

Almaniyada yaşayış şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.

Eyni zamanda, xarici ölkə vətəndaşı olanların Almaniya vətəndaşlığını itirəcəklərini bildirən tənzimləmə də aradan qaldırılacaq.

Valideynlərdən biri Almaniyada 5 il qanuni yaşayıbsa, ölkədə doğulan əcnəbi uşaqlar Almaniya pasportu ala biləcəklər.

Almaniyada doğulan uşaqlar valideynlərinin vətəndaşlığını da saxlamaqla ikili vətəndaşlıq əldə edə biləcəklər.

Qanun layihəsində 30 iyun 1974-cü ildən 13 iyun 1990-cı il tarixləri arasında Almaniyaya gedən “qonaq işçilər” üçün də qaydalar var.

Qanunun yanvarda Bundestaqda müzakirəyə çıxarılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə