Ermənilər Marqaritanın ərinə görə rus təbliğatçılarını cəzalandırır..?
Ermənistan Televiziya və Radio Komissiyası əsas təbliğat resurslarından biri olan “Sputnik Ermənistan”ın lisenziyasının 30 gün müddətinə dayandırılması barədə qərar qəbul edib.
Komissiyanın saytı xəbər verir ki, buna səbəb Marqarita Simonyanın əri Tiqran Keosayanın alçaldıcı ifadələri olub.
Belə ki, noyabrın 17-də radio verilişlərinin birində Keosayan nəinki Ermənistandakı vəziyyəti alçaldıcı şəkildə şərh edib, həm də bütün erməni xalqını aşağılayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ermənilərin iddiasına görə, sən demə, radio verilişlərində təbliğatçı, özü də erməni… çox vaxt etibarsız məlumatlar verirmiş.
Belə ki, Keosayan Ermənistanın baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham edib və onun Ermənistan ətrafında baş verən bütün bu hadisələrdən sonra sağ qalıb-qalmaması ilə maraqlanıb.
Məhz elə buna görə də Ermənistan Televiziya və Radio Komissiyası... nəinki radiostansiyanın lisenziyasını 30 gün müddətinə ləğv edib, həm də 1240 dollar məbləğində cərimənin ödənilməsini tələb edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB