Minsk Litva, Latviya və Polşa sakinləri üçün vizasız rejimi uzadacaq

Minsk Litva, Latviya və Polşa sakinləri üçün vizasız rejimi uzadacaq

Belarus gələn il üçün də qonşu Litva, Latviya və Polşa sakinləri üçün vizasız rejimin müddətini uzadacaq. SİA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Vizasız rejimin tətbiqi dövründə Belarusa təxminən 800 min Avropa İttifaqı vətəndaşı səfər edib", - deyə XİN-in məlumatında qeyd olunub.

Hakimiyyət vizasız rejimin tətbiqinin Belarusun qonşu dövlətlərlə normal bərabərhüquqlu qarşılıqlı fəaliyyətin bərpasına, ölkədəki milli azlıqla əlaqələrin qorunmasına imkan yaradacağı qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə