Sankt-Peterburqdakı “Hər kəs azaddır” kitab mağazası polisin tələbi ilə Rusiyanın Ukraynaya hücumundan az sonra boyanmış pəncərədən “Sülh” (“Mir”) yazısını götürməyə məcbur edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mağazanın Telegram kanalında deyilir.
...Bu gün bir polis dəstəsi bizə gəldi və nəzakətlə pəncərədəki yazını götürməyi xahiş etdi. Onun bu qədər uzun müddət asılı qalmasına özümüz də təəccüblənirik.
Bunu mağaza işçiləri yazır.
Müharibənin lap əvvəlində kitab mağazasının işçiləri pəncərəyə “Dünyaya sülh!” şüarını çəkmişdilər. Mart ayında naməlum şəxs pnevmatik və ya travmatik tapançadan açılan atəşlə vitrini zədələyib.
Bundan sonra şüşənin üzərində yalnız “Sülh” yazısı qalıb. Bu yaxınlarda ona “Za” hərfləri də əlavə edilmişdi. Mağaza işçiləri bunu kimin etdiyini bilmirlər.
Latın “Z” hərfi Rusiyanın Ukraynaya qarşı müharibəsində qeyri-rəsmi dəstəyin simvolu hesab olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB