ABŞ dövlət katibi Antoni Blinken brifinq zamanı, Vaşinqtonun cari maliyyə olmadan Ukraynanın inkişafı üçün aydın planı olduğunu bildirib.
...Bizim çox aydın planımız var ki, bu, Ukraynanın iqtisadi, hərbi və demokratik baxımdan öz ayaqları üzərində dayanmasını təmin edəcək, bu isə o deməkdir ki, indiki səviyyədə yardım lazım olmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Blinken vurğulayıb ki, buna nail olmaq üçün ABŞ və digər müttəfiqlər Ukraynaya qış, yaz və yay fəsllərinin öhdəsindən gəlməyə kömək etməlidirlər.
Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, əlavə maliyyə təsdiq edilməsə, bu halda Ukraynaya dəstək üçün vəsait ilin sonuna kimi tükənəcək.
Xatırladaq ki, dekabrın 18-də Ağ Ev Ukraynaya ən son yardım paketini açıqlayıb. ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer bildirib ki, Kiyevə yardım məsələsi tətillər bitdikdən sonra - yanvarın 8-də qaytarılacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB