Nigeriyada 23 nəfər girov götürülüb

Nigeriyada 23 nəfər girov götürülüb

Qərbi Afrika ölkələrindən Nigeriyanın Taraba əyalətində silahlı şəxslərin 23 nəfəri girov götürdüyü bildirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, silahlılar Taraba əyalətinin Yorro bölgəsinə basqın edib.
Basqın zamanı bölgə rəisi də daxil olmaqla 23 nəfər girov götürülüb.
Qeyd edək ki, Nigeriyada girov götürmə cinayəti ölümlə cəzalandırılır.
Silahlılar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəf alır və fidyə tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə