Təmas xəttində yerləşən Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları döyüş sursatı və pilotsuz təyyarələrin fəlakətli çatışmazlığı ilə üzləşirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ali Radada çıxışı zamanı deyib.
...Bu səhər mən cəbhədən qayıtdım. Və mərmilərin çatmadığını söyləmək heç nə demək olmaz. Bizim hərbçilər belə deyir. Hava hücumundan müdafiə sistemlərinin kifayət qədər olmadığını da deməliyəm.
Bunu deyən Poroşenko, həmçinin qeyd edib ki, anbarlarda “on minlərlə” dron olmasına baxmayaraq, dron çatışmazlığı yaranıb.
Qeyd edək ki, keçmiş prezident mövcud vəziyyəti cinayət adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Qərb Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə azaltdıqdan sonra döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün daha “qorxulu” olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB