Çexiya Rusiyadan qaz idxalından asılılığını tamamilə dayandırıb. Bu, ölkənin atdığı bir sıra addımlar nəticəsində baş verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Çexiyanın baş naziri Petr Fiala Twitter-də yazır.
O xatırladıb ki, 2022-ci ilin yazında Çexiyada qaz çatışmazlığı başlaya bilərdi və Rusiyadan asılılıq səbəbindən ölkənin enerji təhlükəsizliyi risk altındaydı.
Lakin Çexiya hakimiyyəti bir sıra mühüm addımlar atıb. Xüsusilə, onlar Hollandiyada mayeləşdirilmiş təbii qaz terminalının bir hissəsini icarəyə götürüblər.
...Və biz Rusiya qazından asılılıqdan tamamilə qurtula bildik, - Çexiya hökumətinin başçısı vurğulayıb.
Xatırladaq ki, bu gün bəzi Avropa İttifaqı ölkələri Ukraynaya qarşı müharibəyə baxmayaraq, Rusiya qazını idxal etməyə davam edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB