Blinken: İsveç tezliklə NATO-ya üzv olacaq

Blinken: İsveç tezliklə NATO-ya üzv olacaq

İsveç tezliklə NATO-ya üzv olacaq və bu, alyansın potensialını gücləndirməyə xidmət edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Bu il NATO-ya 31-ci üzv - Finlandiya qəbul edildi və İsveç də yaxın gələcəkdə bura qoşulacaq. Bu da alyansın müdafiə potensialını və imkanlarını gücləndirəcək”, - deyə ABŞ-ın Dövlət katibi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə