Almaniya hakimiyyəti öz dövlət büdcəsini doldurmağa hazırlaşır...

Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox olan aktivlərinə həbs qoymaq istəyir
Almaniya hakimiyyəti öz dövlət büdcəsini doldurmağa hazırlaşır...

...Onlar öz dövlət büdcələrini doldurmaq üçün Almaniyadakı 720 milyon avrodan çox olan Rusiyanın aktivlərinə həbs qoymaq istəyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dekabrın 20-də “Der Spiegel” jurnalı yazıb.

Almaniya Baş Prokurorluğu Rusiyanın dondurulmuş aktivlərindən 720 milyon avronun müsadirəsi üçün məhkəməyə sorğu göndərdiyini təsdiqləyib.

Bu pulla, əgər sahibindən müsadirə edilərsə, Almaniya hakimiyyəti öz dövlət büdcəsini doldurmağa hazırlaşır.

...Əgər federal prokurorluq Frankfurt-am-Mayndə müraciətində uğur qazanarsa, federal büdcəyə 700 milyon avrodan çox vəsait daxil olacaq. Oradakı pullar təyinatı üzrə istifadə olunmayacaq.

Qeyd edək ki, məqalədə belə deyilir.

Nəşr onu da qeyd edir ki,.. Baş Prokurorluğun məlumatına görə, onlar embarqonu pozmaq cəhdi ilə əlaqədar olaraq Frankfurt-Mayndə bank hesabı olan müəyyən “Rusiya maliyyə institutundan” vəsait götürməyi planlaşdırırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə