Antik dünyanın məşhur Laodikeya şəhəri

Dənizlidə qədim zamanlardan bəri əsas gəlir mənbəyi tekstildir.
Antik dünyanın məşhur Laodikeya şəhəri

Dənizlidə qədim zamanlardan bəri əsas gəlir mənbəyi tekstildir. Bu gün 185 ölkəyə tekstil ixrac edən vilayətin tekstillə əlaqəsi təsadüfi deyil. Çünki antik dünyanın tekstil şəhəri indiki Dənizlidə yerləşən Laodikiya antik şəhəri idi.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində antik Laodikeya şəhərindən danışacağıq.

SİA-nın əldə etdiyi məlumata görə, Dənizli şəhəri artıq 7 min ildir ki, tekstillə məşğuldur.

Günümüzdə şəhərin ən böyük gəlir mənbəyi tekstildir.

Təbii ki, Dənizli şəhəri Türkiyənin tekstillə məşğul olan yeganə şəhəri deyil, ancaq köklü tekstil mədəniyyətinə malik yeganə şəhəri deyə bilərik.

Antik dövrlərdə Dənizli və ətrafının əsas sərvət mənbəyi tekstil və bu çərçivədə inkişaf edən ticarət idi. Antik dünyanın ən əhəmiyyətli geyim mərkəzi Dənizlidəki Laodikeya antik şəhəri idi.

Bu bölgədə istehsal olunan parçaları ala bilmək prestij simvolu kimi qəbul edilirdi. Parçalar insanın zövqünə və ilin dəbinə uyğun tikilərək istehlakçıya təqdim olunurdu.

Yeri gəlmişkən qeyd etməliyik ki, Laodikiyada minlərlə illik parça tapıldı.

Toxuculuqda istifadə edilən alətlər və Laodikeyada ilk toxunmuş parça tapıntıları toxuculuq tarixinin qədim dövrlərə gedib çıxdığını sübuta yetirdi. Şəhərdə 7 min il əvvələ aid toxuculuq dəzgahı da aşkar edildi. Məlumata əsasən, Antik şəhərdə aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvələ aid olduğu düşünülən toxuculuq dəzgahı tapıldı.Ladokeyanın sərvəti bütün qədim dünyada əfsanəyə çevrildi. Bu sərvətin ən böyük mənbəyi onların yetişdirdikləri qarğa rəngli qoyun cinsi və bu qoyunların yunundan əldə etdikləri saplar idi. Daha sonra hazırlanan saplar taxta dəzgahlarda birləşdirilərək parçaya çevrildi. Arxeoloqların fikrincə, toxuculuq mədəniyyəti tarixdən əvvəlki dövrlərdə bir çox sivilizasiyalarda canlanmış və sənətə çevrilmişdir. Dənizli bölgəsi başda olmaqla 2-3-cü əsrlərdə inkişaf baxımından qızıl dövrünü yaşamış, şəhərdə toxunan parçalar İtaliyaya qədər ixrac edilmişdir. Hierapolis, Laodikeya və Kolosay şəhərləri tekstil məmulatlarının istehsalı və rənglənməsi, xalça və kilimlərin toxunması baxımından qədim dövrün fabriklərinə bənzəyir.Qeyd edək ki, Laodikeya adlanan parçalar hələ də istehsal olunur.

Qədim dövrlərdə məşhur olan Laodikeya sapları bu gün də ənənəvi toxuculuq üsulları ilə istehsal olunmağa davam edir. Bu xüsusi saplara ən yaxın məhsullar Dənizlidə istehsal olunur və Buldan Bəzi, Dasdar və s. kimi adları ilə diqqəti cəlb edir. Bu gün Dənizli tekstil istehsalının artmaqda davam etdiyi bir ixrac mərkəzidir. Təbii ki, bu gün daha da böyük mütəşəkkil sənaye zonalarında, nəhəng zavodlarda işlər aparılır. Dənizli tekstil sahəsində əldə etdiyi uğurunu 7 min illik köklü tarixinə borcludur. Dənizlidə istehsal olunan tekstil məhsulları qədim dövrlərdə olduğu kimi bu gün də bütün dünyaya ixrac edilir. 2022-ci ildə Dənizlidən 185 ölkəyə ixrac həyata keçirilib. Ən çox ixrac İngiltərəyə həyata keçirilib. Bu ixracdan 624 milyon dollar gəlir əldə olunub. Günümüzdə dünyanın hər ölkəsində 'Made in Denizli' etiketini görmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə