Brejnev şəhərin fəxri vətəndaşı adından məhrum edildi...

Brejnev şəhərin fəxri vətəndaşı adından məhrum edildi...

Dekabrın 20-də Ukrayna Dneprinin şəhər rəhbərliyi Sovet dövləti və partiya lideri Leonid Brejnevin şəhərin fəxri vətəndaşı titulundan məhrum edilməsi barədə qərar qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dnepr meri Boris Filatov Telegram-da məlumat verib.

…2023-cü ilin son sessiyasının nəticələrinə əsasən Leonid Brejnev Dneprin fəxri vətəndaşı adından məhrum edilib.

Bunu deyən Filatov, kimin nə deməsindən asılı olmayaraq, Dneprin dekommunizasiyasını sona çatdıracağına söz verdi.

Brejnev Dnepropetrovsk vilayətinin Kamenskoye (sovet dövründə - Dneprodzerjinsk-A.B.) şəhərindəndir. Xatırladaq ki, may ayında Kiyev Şəhər Şurası Brejnevi Kiyevin fəxri vətəndaşı titulundan məhrum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə