ABŞ Maduronun silahdaşını amerikalı məhbuslarla dəyişdirir

ABŞ Maduronun silahdaşını amerikalı məhbuslarla dəyişdirir

ABŞ prezident administrasiyası bir neçə amerikalı məhbusun qarşılığında Venesuela lideri Nikolas Maduronun yaxın adamı diplomat Aleks Saabı azad edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” vəziyyətə yaxın mənbələrə istinadən yazır.

...Bayden administrasiyası Venesuela prezidenti Nikolas Maduronun yaxın adamını amerikalı məhbuslar müqabilində azad edib.

Qeyd edək ki, agentlik bunu həmsöhbətdən sitat gətirir.
Venesuela da öz növbəsində ən azı on amerikalını azad edəcək.

Ağ Ev hələlik bu məlumatı şərh etməyib.

Xatırladaq ki, Maduro daha əvvəl Vaşinqtonu Saab-ı oğurlamaqda ittiham etmişdi. O, Amerika tərəfini öz əməllərinə görə cavab verməyə çağırıb.

...Diplomatın ABŞ-a ekstradisiyasına görə o, beynəlxalq təşkilatlara müraciət edəcəyi ilə hədələyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə