Abramoviç sanksiyalar siyahısında saxlanıldı...

Abramoviç sanksiyalar siyahısında saxlanıldı...

Lüksemburqdakı Avropa Məhkəməsi rusiyalı milyarder Roman Abramoviçi Avropa İttifaqının sanksiya siyahısından çıxarmaqdan imtina edib. Qeyd edək ki, hazırda onun Portuqaliya vətəndaşlığı olmasına baxmayaraq, amma Avropa İttifaqına giriş qadağası saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məhkəmənin saytında bildirilir.

Xatırladaq ki, Abramoviç 2022-ci ilin martında sanksiyalara məruz qalıb. Daha sonra Avropa İttifaqı, biznesmenin “Vladimir Putinlə çoxdankı və yaxın əlaqələri olduğunu”, “prezidentlə imtiyazlı çıxışı və onunla çox yaxşı münasibətləri olduğunu” bəyan etdi.

Və təbii ki, bu da öz növbəsində ona sərvətini saxlamağa və Rusiya hökumətindən faydalanmağa imkan verir.

Bundan əlavə, rəsmilər Evraz metallurgiya holdinqinin Rusiya iqtisadiyyatında mühüm rolunu qeyd ediblər. Məhkəmənin qərarında deyilir ki, Abramoviçin şirkətdəki roluna görə sanksiyaların tətbiqi barədə qərar səhv deyil - o, onun ən böyük səhmdarıdır.

Məhkəmə Abramoviçin Portuqaliya vətəndaşlığına baxmayaraq, onun Avropa İttifaqına girişinə qadağa qoymasını Abramoviçin hüquqlarının pozulması hesab etməyib. Qərardan belə çıxır ki, bu məhdudiyyət məhkəməyə mütənasib görünürdü.

Qeyd edək ki, Abramoviç Rusiyanın ən zəngin iş adamlarından biridir. “Forbes” onun ailəsinin sərvətini 9,2 milyard dollar qiymətləndirir. Onu da qeyd edək ki, Avropa Birliyi ilə yanaşı, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya və Ukrayna da ona qarşı sanksiyalar tətbiq edib. Lakin o, ABŞ və Yaponiyanın siyahılarına daxil edilməyib.

Və xatırladım ki, Lüksemburq məhkəməsi Avropa İttifaqının ən yüksək orqanıdır, onun qərarlarından şikayət verilə bilməz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə