Lukaşenko haqqında təhqiredici mesajlara görə, 10 il...

Lukaşenko haqqında təhqiredici mesajlara görə, 10 il...

Belarusda 29 yaşlı vətəndaş Aleksandra Kasko Cinayət Məcəlləsinin səkkiz maddəsini, o cümlədən Aleksandr Lukaşenkoya qarşı təhqir və böhtan maddələrini pozmaqda, habelə ekstremist qrup yaratmaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kasko fevral ayında Polşadan qayıdarkən saxlanılıb və sonra həbs edilib. Müstəntiqlərin sözlərinə görə, o, Belarus hakimiyyəti tərəfindən ekstremist təşkilatlar kimi tanınan informasiya resurslarına müsahibələr verib və əlavə olaraq Lukaşenko haqqında təhqiredici mesajların dərc olunduğu Telegram kanalını idarə edib.

O da qeyd olunur ki, məhkəmə və hökmdən xeyli əvvəl Belarus Dövlət Təhlükəsizlik xidməti Kaskonu terrorçu və ekstremist hesab etdiyi şəxslər siyahısına daxil edib.

Belarusun “Bahar” insan haqları layihəsinin məlumatına görə, bu ilin may ayına olan məlumata görə, ölkədə Aleksandr Lukaşenko rejiminin əleyhdarlarından olan 1500-dən çox adam saxlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə