Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukraynanı 1945-ci ildə qeyd-şərtsiz təslim olan Almaniya ilə müqayisə edib.
...Həqiqətən, əgər almanlar 1945-ci ildə bunu (qeyd-şərtsiz təslim olmanı bacarıbsa, onda Ukrayna niyə eyni şeyi edə bilmir?
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb bunu.
Polyanski Ukraynanın qadınları orduya cəlb etməyə başlamalı olduğunu qeyd edən yazıya belə münasibət bildirib. ...Əgər 1944-cü ildə almanlar bunu bacarsaydı, deməli, Ukrayna da bunu edə bilər.
Bunu da Polyanski yazır.
Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi Ukraynanın faydalı sülh razılaşması şansını əldən verdiyini bildirib. Polyanski daha əvvəl Ukraynanın əlverişli sülh sazişi bağlamaq fürsətini əldən verdiyini, indi istənilən mümkün sövdələşmənin onun kapitulyasiyasını əks etdirəcəyini bəyan edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB