Miqrantlar Polşa sərhədçilərinə hücum ediblər

Miqrantlar Polşa sərhədçilərinə hücum ediblər

Bir qrup narazı miqrant iki dəfə Belarusla sərhəddə Polşa sərhədçilərinə hücum etməyə cəhd ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Polşa Sərhəd Mühafizəsi verib.

...Beloveji və Dubice-Tserkievne bölgələrində Belarus-Polşa sərhədini qanunsuz keçə bilmədiklərindən narazı olan miqrantlar Polşa sərhədçilərinə hücum ediblər. Onlar zabit və əsgərlərə daş və budaq atıblar.

Polşa sərhədçisinin nümayəndələrinin sözlərinə görə, hücum edənlər üzlərini balaclavaların altında gizlədiblər. “Xoşbəxtlikdən bu hadisə zamanı heç kim xəsarət almayıb”.

Polşa tərəfi bildirib bunu.

Bundan əvvəl Belarus Dövlət Təhlkəsizlik Xidmətinin rəhbəri İvan Tertel məlumat vermişdi ki, Polşada yeddi qrup Belarusdakı hədəflərə qarşı terror aktları hazırlayır.

Polşa ilə Belarus arasında sərhəddə pozuntuların artması səbəbindən vəziyyət qızışır.

Qeyd edək ki, sentyabrda Polşaya məxsus helikopter Belarusun sərhədini pozub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə