Bu gecə Rusiyanın bir sıra bölgələri, o cümlədən Moskva ətrafı naməlum pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Deyilənlərə görə, bu, Ukrayna kəşfiyyatının yeni vasitələrinin sınaqdan keçirilməsi imiş.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Qeyd edilir ki, pilotsuz təyyarələr Bryansk və Kaluqa vilayətlərindəki hədəflərə hücum edib və xüsusən də Moskva yaxınlığında aşkarlanıb. Mənbələrin məlumatına görə, bu əməliyyatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.
...Bu, yeni vasitələrin sınaqdan keçirilməsidir.
Mənbə RBC-Ukrayna-ya belə deyib.
Xatırladaq ki, bu gün günortadan sonra Rusiya mediası və rəsmiləri dron hücumu barədə məlumat yayıblar. Xüsusilə, Moskva meri Sergey Sobyanin Rusiya Federasiyasının paytaxtına yaxınlaşarkən bir təyyarə tipli pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, pilotsuz təyyarə yerli vaxtla saat 12:45 radələrində Odintsovo şəhər rayonunda vurulub.
Rusların məlumatına görə, daha üç pilotsuz təyyarə Bryansk vilayətində, biri isə Kaluqa vilayətində vurulub. Bütün hallarda ruslar heç bir dağıntı və tələfatın olmadığını deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB