Ukrayna lideri uğur qazanaq üçün dua etdiyini də gizlətmir

Zelenski Ukraynanın Rusiya ilə müharibədə uduzması ehtimalını istisna edir
Ukrayna lideri uğur qazanaq üçün dua etdiyini də gizlətmir

Ukrayna prezidenti Vladimir Zelenski dövlətin Rusiya ilə müharibədə uduzmaq ehtimalını istisna edir, xüsusən də tərəfdaşlar və müttəfiqlərin yardımının həcminin azalması fonunda...

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, media nümayəndələrinin Ukraynanın müharibədə tədricən itkiyə tab gətirə biləcəyi ilə bağlı sualını cavablandıran Zelenski mənfi cavab verib.

...Yox... Ən çətin vəziyyətdə idik, demək olar ki, tamamilə işğal olunmuşduq - ən azı mərkəzi rayonlar, dövlətimizin maddi-texniki təminatı, avtomobil yolları, dəmir yolları, ərzaq təchizatı, tam blokadadaydıq, amma çıxdıq.

Zelenski deyir bunu.

...Bu gün mənim şəxsi heç nəm yoxdur. Bu vəzifədə mən Konstitusiyamıza uyğun olaraq dövlətimizi müdafiə etməliyəm. O cümlədın onun bütün ərazisini. Bizim bütün ərazimizə isə işğal olunmuş Donbas və Krım daxildir.

Bunu deyən Ukraynalı prezidentə görə, bu gün qələbənin nədən ibarət olduğuna dair “xalq bölünür”.

...Rusiya nə qədər çox geri çəkilsə, bir o qədər zəif olacaq.

Bu gün Rusiya liderinin beynəlxalq müstəvidə, beynəlxalq platformalarda varlığının biməsinə diqqət çəkən Zelenski, bunun vacibliyini bildirir. Bundan istifadə etməyin vacibliyini deyən, Ukrayna lideri uğur qazanaq üçün dua etdiklərini də gizlətməyir. Amma qələbənin də çox çətin olacağını istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə