Şoyqu, dörd mindən çox tələbənin cəbhəyə göndərildiyini deyir

Şoyqu, dörd mindən çox tələbənin cəbhəyə göndərildiyini deyir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü, dekabrın 19-da departamentin kollegiyasının genişləndirilmiş iclasında bildirib ki, 2023-cü ilin əvvəlindən Rusiya Ukraynaya qarşı müharibəyə dörd mindən çox tələbə göndərib.

Onun sözlərinə görə, onlar “könüllü olaraq akademik məzuniyyət götürüblər və döyüş tapşırıqlarını yerinə yetirirlər”. Şoyqu qeyd edib ki, bu il ümumilikdə 490 minə yaxın insan müqavilə əsasında və könüllü kimi cəbhəyə gedib. O vurğulayıb ki, Ukraynada 650 mindən çox hərbçi artıq döyüş təcrübəsi alıb.

...Bu gün Rusiya ordusu döyüş şəraitində sınaqdan keçirilmiş qabaqcıl silahlara malik dünyanın ən təlimli və döyüşə hazır ordusudur.

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən hərbi komissarlıqlar məzun olan tələbələrdən möhlət başa çatana qədər hərbi xidmətə çağırışa razılıq bildirişləri imzalamağı tələb etməyə başladı.

“Çağırış Məktəbi”nin hüquq müdafiəçiləri xəbərdarlıq ediblər ki, bu, tələbələrin rəsmi diplom almadan əvvəl orduya çağırılmasına imkan yaradır.

...Onlar təbii olaraq bu cür bəyanatların hüquqi nəticələrini başa düşməyən on səkkiz yaşlı oğlanları aldadırlar. Onlar müxtəlif bəhanələrlə, təhrik və hədə-qorxu ilə ifadələrə imza atmağa məcbur edilirlər.

Qeyd eddək ki, bunu “Çağırış Məktəbi”nin rəisi Aleksey Tabalov bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə