NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanda səfərdədir.
SİA-nın əldə etdiyi məlumata görə, Kolomina Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, müdafiə naziri Xuanşer Burçuladze, eləcə də müxalifət nümayəndələri ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Qaribaşvili NATO-nun xüsusi nümayəndəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib və qeyd edib ki, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası ölkənin xarici eləcə də təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir.
Parlamentin spikeri Şalva Papuaşvili sosial şəbəkədə yazıb ki, o, Xavyer Kolomina ilə “məhsuldar görüş” keçirib. “NATO ilə Gürcüstan arasında ikitərəfli münasibətlər müsbət istiqamətdə inkişaf edir.
Papuaşvili NATO-nun Gürcüstana dəstəyinin “maksimum şəkildə hiss olunacağına” ümid etdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB