SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasındakı çıxışı zamanı Vladimir Putin, Rusiyanın Avropa və NATO ilə döyüşmək fikrində olmadığını bildirib.
Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edən Putin deyib ki, Moskva Kiyevin suverenliyinin yeganə təminatçısıdır və Qərb özünü “qanunsuz” apararaq, Rusiyanı cavab verməyə məcbur edib.
Bundan əlavə, prezident Qərb ölkələrini SSRİ-nin dağılmasından sonra “ölkəni postsovet məkanında parçalamaq” üçün “beşinci kolonla işləmək”də ittiham edib.
Putin həmçinin qeyd edib ki, 2014-cü ildən sonra Qərb ikinci Minsk razılaşmalarını yerinə yetirməyib və “dərhal orada virtual müharibəyə başlayıb”. “Bu mənada, əgər belə desəm, onlar bizdən üstün oldular”, - prezident deyib.
Rusiya ordusunun silahlarından danışan Putin qeyd edib ki, Rusiya yüksək dəqiqlikli mərmi və pilotsuz təyyarələrin istehsalını artırmalı, həmçinin hava hücumundan müdafiə sistemlərinin işini təkmilləşdirməli olacaq.
Bundan əlavə, müdafiə naziri Şoyqu görüşdə çıxış edib. Onun sözlərinə görə, Ukrayna hücumu başlayandan bəri Ukrayna Silahlı Qüvvələri “böyük itkilər” verib. Yəni Ukraynanın 159 min əsgəri həlak olub və ya yaralanıb. Ümumilikdə, hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itkiləri, Şoyqunun sözlərinə görə, 383 min hərbçini ötüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB