“Ukrayna qüvvələri ruslara xoş sürpriz edə bilərlər...”

“Ukrayna qüvvələri ruslara xoş sürpriz edə bilərlər...”

Ukrayna-Rusiya müharibəsi bu və ya digər istiqamətdə davam edir, lakin hələ ki, onun bitəcəyindən söhbət getmir. Etiraf edilir ki, gələn ilki çətinlik bu ildəkindən asan olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko 2024-cü ildə cəbhədəki vəziyyətin inkişafı ilə bağlı fikirlərini “Kanal 24” ilə bölüşüb. Onun sözlərinə görə, Ukrayna ordusunun uğurunu böyük ölçüdə məhz Qərb müttəfiqlərinin dəstəyi müəyyən edəcək.

...Mən hələ də müəyyən ümidləri saxlayıram ki, Ukrayna qüvvələri müəyyən irəliləyişlərlə xoş sürpriz edə bilər. Bunun üçün bir şans ola bilər. Amma təbii ki, bizim dəstəyimizdən çox şey asılıdır.

Bunu deyən Musienko, bu gün Ukraynanın düşmənin arxa bölgələrinə zərbələr endirmək üçün uzaqmənzilli silahlara ciddi ehtiyacı olduğunu bildirib.

...Cəbhənin böyük əksəriyyətində Ukrayna qüvvələri aktiv müdafiəyə keçəcək. Məqsəd düşmən qoşun qruplarını zəiflətmək olacaq. Bu arada düşmən yəqin ki, müəyyən taktiki nailiyyətlər əldə etməyə çalışacaq. Amma çox şey işğalçıların bu qışlardan necə çıxacağından asılıdır

Bunu da Musienko deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə