...Rusiya Müdafiə Nazirliyinin keçmiş hərbi kəşfiyyat polkovniki, daha sonra “Vaqner” PMC-nin baş təlimatçısı və “Redut” PMC-nin komandirlərindən biri İqor Salikov Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı Haaqada, Beynəlxalq Cinayət Məhkəməsində ifadə vermək qərarına gəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Deutsche Welle” xəbər verir.
O, “Vaqneritlər”in tərkibində Suriya və Afrikada döyüşdüyünü, 2014-cü ildə isə Donetsk və Luqansk vilayətlərində, o cümlədən “DXR Baş Prokurorluğunun” 4-cü xüsusi əməliyyat idarəsinin rəisi olduğunu bildirib.
2022-ci ildə Salikov Ukraynaya geniş miqyaslı işğalda iştirak etdiyini və bu müddət ərzində “Redut” PMC-nin bölməsinə komandirlik etdiyini də etiraf edib.
Onun sözlərinə görə, o, Rusiya ordusunun cinayətlərinin, xüsusən Donbassda “yalançı bayraq əməliyyatları”, “mülki əhaliyə qarşı vəhşiliklər”, hərbi əsirlərin işgəncə və edamları, “Belarus sərhədindən keçirilən uşaqların oğurlanması”nın şahidi olub.
Keçmiş rusiyalı hərbçi 2022-ci ilin iyununda ailəsi ilə birlikdə Rusiyanı tərk etdiyini bildirib. İndi o, Keyptaundan (Cənubi Afrika) Hollandiyaya uçub və burada siyasi sığınacaq istəmək niyyətindədir.
Dekabrın 10-da Salikov “Gulagu.net” layihəsi vasitəsilə BCM-nin prokuroru Kərim Xana və BCM-in rəhbəri Peter Hofmanskiyə etirafı yazıb.
Bu arada insan hüquqları layihəsinin təsisçisi Vladimir Oseçkin İqor Salikovun sənədinin Amsterdamda BCM-nin sənəd dövriyyəsi sistemində şəxsən qeydiyyatdan keçirdiyini bildirib.
Eyni zamanda, Oseçkin 2023-cü ilin yayından Ukrayna Baş Prokurorluğunun prokurorlarına uzaqdan ifadə verən və dindirilməsini gözləyən Salikov üçün təhlükəsizlik tədbirləri tələbi ilə BCM rəhbərliyinə müraciət edib.
Oseçkin qeyd edib ki, Salikov BCM-nin cinayət təqibindən immunitetə arxalanmır və Ukraynaya qarşı təcavüzdə iştiraka görə cavab verməyə hazırdır.
Qeyd edək ki, son altı ay ərzində keçmiş Rusiya Müdafiə Nazirliyinin polkovniki “Müharibəyə yox!” adlı kitabını yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB